Aktyor Metyu Makkonaxi ildırım vurması səbəbindən təyyarənin təcili enişi zamanı təhlükəsizlik kəməri taxmadığını bildirib.
OLAY yazır ki, aktyorun dediyinə görə, o, yalnız masadan yapışıbmış. Bu barədə “İnsider” xəbər yayıb.
“Bu hadisə baş verməzdən əvvəl təhlükəsizlik kəməri ilə bağlı xəbərdarlıq yox idi. Buna görə təhlükəsizlik kəmərimi taxmadım. Masa məni aşmağa qoymadı”, - deyə, sənətçi söyləyib.
Aktyor etiraf edib ki, həmin an dərhal həyat yoldaşı Kamila Alveşə əl uzadıb. Arvadının təhlükəsizlik kəməri taxdığından əmin olub, qalan vaxtlarda isə cütlük əl-ələ tutub:
“İnsanların reaksiyalarını eşitməli idiniz. Bəziləri susdu, bəziləri isə gülürdü. Və bu, əsl əyləncədən daha çox şoka bənzəyirdi. Bir neçə saniyə ərzində təyyarədəki hər şey sıfır cazibə qüvvəsi ilə aşdı: qırmızı şərab, qədəhlər, yemək boşqabları”.