Hollivud aktyoru, rejissor Rassel Krounun baş rolunda oynadığı “Şeytanın düşməni” filmi tənqid olunub.
OLAY yazır ki, baş rolu canlandıran aktyor Rassel Krounun Vatikanda həqiqətən də cin çıxarma ofisinin yerləşdiyini deməsi “Beynəlxalq şeytan çıxarıcılar dərnəyi”ni əsəbləşdirib.
Onlar açıqlama yayaraq, filmdəki cin çıxarma epizodlarının gerçəyi əks etdirmədiyini və əsas düşmənin şeytan yoxsa, kilsə olduğu barədə tərəddüd yaratdığını deyərək, sözügedən ekran işini tənqid ediblər.
Qeyd edək ki, film 36 il bu vəzifədə çalışan və bir çox şeytan çıxarma əməliyyatlarında iştirak edən rahib Qabriyel Amortun qeydləri əsasında çəkilib.