Amerikalı kinorejissor, ssenarist, prodüser və aktyor Kventin Tarantino yeni filminin ssenarisi üzərində işləri başa çatdırıb.
OLAY yazır ki, bu barədə “The Hollywood Reporter” məlumat yayıb. Qeyd olunub ki, karyerasında on film çəkmək və 60 yaşına kimi təqaüdə çıxmaq niyyətində olduğunu bildirən rejissor üçün bu, sonuncu film olacaq.
Tarantinonun 60 illik yubileyi martın 27-də qeyd olunacaq. Məlumdur ki, yeni ssenari “The Movie Critic” (Film Critic) adlanır. Sözügedən ekran işinin çəkilişləri bu ilin payızına planlaşdırılıb.