Rejissor Ceyms Kemeronun çəkdiyi “Avatar: Su yolu” filmi Rusiya və Belarus istisna olmaqla, MDB ölkələrində yenidən kassada birinci olub.
OLAY yazır ki, layihə bu həftəsonu 110,4 milyon rubl (3 milyon manata yaxın) gəlir əldə edib.
Qeyd edək ki, film dekabrın 16-da nümayiş olunub. Bu, “Avatar” filminin davamıdır. Yeni ailəsi ilə Pandora planetində yaşayan və yeni evini yer kürəsinin hücumundan qorumalı olan baş qəhrəman Ceyk Sullinin həyatından bəhs edir.