“Telegram”ın qurucusu Pavel Durov Fransada ona uzun müddətli həbs cəzası veriləcəyi təhdidi ilə üzləşdiyini bildirib.
OLAY yazır ki, Durov mətbuat vasitəsi ilə açıqlama verərək şirkətinin hakimiyyətə istifadəçilərin mesajlarına çıxış verməkdənsə, Fransız bazarını tərk etməyə meyilli olduğunu söyləyib.
Durov öz “Telegram” kanalında 2026-cı ilin ilk aylarında Fransada baş vermiş 41 kriptovalyuta oğurluğu halından bəhs edib. Onun fikrincə, Fransanın vergi orqanlarının işçiləri cinayətkarlara kriptovalyuta sahiblərinin məlumatlarını satır və bununla yanaşı "kütləvi vergi məlumat bazalarının sızması" baş verir.
"İndi isə eyni dövlət sosial şəbəkə istifadəçilərinin identifikatorları və şəxsi mesajlarına çıxış əldə etmək istəyir. Daha çox məlumat → Daha çox sızma → Daha çox qurban. Buna görə də Telegram məmurlara şəxsi mesajlara çıxış vermək yerinə, Fransız bazarını tərk edəcək,"- deyə Durov bildirib.