Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim, yağmursuz hava şəraitindən sonra fevralın 5-i axşam şərq rayonlarından başlayaraq 8-dək havanın dəyişəcəyi, fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən OLAY-a verilən xəbərə görə, ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların intensivləşəcəyi ehtimal olunur.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcək.
Gözlənilən hava şəraiti ilə əlaqədar olaraq fevralın 6-8-də gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
Ab-hava
Ab-hava
Bu tarixdən soyuqlar düşəcək



Paylaş:
Oxşar xəbərlər
-
“Deyir ki, ruhun mənə bağlıdır” - Bıçaqla Hüseynin evinə hücum etdi
-
Yeni sezondan ilk anons!
-
12 milyon dollara villa aldı
-
Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı başlayır
-
Firdovsi Atakişiyev yenidən aparıcılıq edəcək