Yeni nəşr olunan bir araşdırma, səhər saat 9-dan əvvəl səhər yeməyinin depressiya riskini əhəmiyyətli dərəcədə azalda biləcəyini ortaya qoyub.
OLAY News24.az -a istinadən yazır ki, elm adamları səhər saat 9-dan sonra səhər yeməyi yeyən insanların günün ilk yeməyini səhər 8-dən əvvəl yeyənlərə nisbətən aşağı əhval-ruhiyyə və psixi sağlamlıq problemləri ilə üzləşmə ehtimalının 28% daha çox olduğunu aşkar ediblər.
Araşdırma nəticəsində məlum olub ki, səhər yeməyi yeməmək də psixoloji vəziyyətə mənfi təsir göstərir.
Tədqiqatlara görə, səhər yeməyi yeyən insanlar, səhər yeməyini tamamilə atlayanlarla müqayisədə depressiyadan daha az əziyyət çəkirlər.
Milli Statistika İdarəsinin məlumatlarına görə, Böyük Britaniyada hər altı yetkindən biri mütəmadi olaraq orta və ya şiddətli depressiya əlamətləri yaşayır. Sorğular həmçinin göstəriB ki, Böyük Britaniyada hər iki nəfərdən birinin adi səhər yeməyi yeməyə vaxtı yoxdur, işə gedərkən qəlyanaltı yeyənlərin üçdə biri isə iş masasında yemək yeyir.
Mütəxəssislər səhər yeməyinin gecikdirilməsinin niyə zərərli olduğunun dəqiq bilinmədiyini, lakin bəzi nəzəriyyələrə görə yuxu rejiminin pozulmasının, oturaq həyat tərzinin və ya gündəlik motivasiya çatışmazlığının göstəricisi ola biləcəyini bildiriBlər.
Bütün bu amillər psixi sağlamlığın pisləşməsinin potensial xəbərdarlıq əlamətləri hesab olunur.
Tədqiqatçılar sağlam əhval-ruhiyyə üçün günün erkən saatlarında səhər yeməyi yeməyi tövsiyə edirlər.