6 gündən sonra OLAY.az şou portalının instaqram səhifəsi bərpa olunub.
Problemin aradan qaldırılması və hesabın yenidən aktiv olunması üçün İT mütəxəssisləri böyük səy göstərib.
Səhifəmizin bağlanmasına səbəb isə bir neçə məşhur simanın müəllif hüquqları ilə bağlı şikayəti idi. Komandamız sözügedən şəxslərlə danışıqlar apararaq problemi müsbət yöndə həll edib. Yeri gəlmişkən, həmin tanınmışlara müzakirəyə açıq olduqları üçün təşəkkür edirik.
Bu müddət ərzində bizimlə maraqlanan, dəstək göstərən bütün izləyicilərimizə minnətdarıq.
Biz qayıtdıq!