Model Ebru Şallı iş adamı həyat yoldaşı Uğur Akkuş tərəfindən şiddətə məruz qalması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
OLAY yazır ki, bu barədə o, instaqramda status paylaşıb.
Şallı yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini qeyd edib:
“Çox ayıbdır, jurnalistika bu qədər ucuzlaşdı? Gerçək olmayan xəbərləri kopyalayıb, yapışdırmaq… Niyə özünüzdən xəbər yazırsınız? Niyə etdiyimiz o qədər gözəl işlər varkən onlardan yazmırsınız?”.
Model fikirlərinə belə davam edib:
“Heç bir kişi qadına, uşağa və heyvanlara zoraklıq edə bilməz! Belə bir haqqı yoxdur! Məni döyər də, sevər də fikri ilə razılaşmıram. Bunu atamdan gördüm və oğlanlarıma da belə öyrətdim. Mətbuatda yer alan xəbər saxta olmaqla yanaşı, mənim ağzımdan səslənmiş kimi göstərilən “döyər də, sevər də” başlığının əlavə edilməsi biabırçıdır! Bunu əsla qəbul etmirəm”.
Xatırladaq ki, bu gün mediada cütlüyün İstanbul gəzintisi zamanı mübahisə etdikləri və Akkuşun Ebruya fiziki şiddət göstərdiyi iddia edilib. Şallının isə məkana gələn polislərə “O mənim həyat yoldaşımdır, şikayətçi deyiləm” dediyi də məlumatda yer alıb.
Onu da qeyd edək ki, cütlük 3 ildir evlidir. Ötən aylarda fırıldaqçılıq ittihamı ilə haqqında 8 il 4 ay həbs xəbərləri çıxan Uğur uzun müddətdir maddi problemlər yaşayır. 45 yaşlı keçmiş modelin boşanma qərarı aldığı bildirilmişdi.