Media
Media

VPN-lə TikTok-a girdi, instaqramı bağlandı

VPN-lə TikTok-a girdi, instaqramı bağlandı

Tanınmış bloger Aysel Şükürün 1 milyon 400 min izləyicisi olan instaqram hesabı bağlanıb. 

OLAY yazır ki, onun hesabı 1 həftəyə yaxındır ki, deaktiv vəziyyətdə olub. Hakerlərin köməyi ilə hesabını geri qaytaran Aysel bu barədə paylaşım edib.  

O, VPN-lə TikTok-a girdiyi üçün səhifəsi bloka düşdüyünü söyləyib. A. Şükür hətta Türkiyədən olan mütəxxəsislərə müraciət etdiyini, lakin heç bir nəticə vermədiyini qeyd edib.

Aysel uzun sürən mübarizədən sonra hesabının geri qaytarıldığını bildirib.