Media
Media

“Mahir Ay Brat” yenidən azadlığa buraxıldı

“Mahir Ay Brat” yenidən azadlığa buraxıldı

Bir müddət əvvəl həbs edilən meyxanaçı “Mahir Ay Brat” ləqəbli Mahir Qonşuyev azadlığa buraxılıb.

OLAY Oxu.az-a yazır  ki, Bakı Apellyasiya Məhkəməsində hakim Emin Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Yasamal Rayon Məhkəməsinin onun barəsində çıxardığı azadlıqdan məhrumetmə cəzası azadlığın məhdudlaşdırılması ilə əvəz edilib və meyxanaçı məhkəmə zalından azad edilib.

Qeyd edək ki, Mahir Qonşuyev 2023-cü ilin iyununda həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2024-cü il hökmünə əsasən, Mahir Qonşuyev barəsində 1 il 8 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq daşıma) cəzası təyin edilib. Meyxanaçı məhkəmə zalından azadlığa buraxılmışdı.

Bir müddət əvvəl isə Mahir Qonşuyev elektron qolbaq qaydalarını pozduğu üçün onun barəsindəki azadlığın məhdudlaşdırılması cəzası ləğv edilib və azadlıqdan məhrumetmə ilə dəyişdirilib.