“America's Next Top Model” yarışmasının birinci mövsümünün qalibi Edrrien Karri döş implantlarının təbii döşlərini çürütdüyünü açıqlayıb.
OLAY yazır ki, 42 yaşlı keçmiş model yaşadığı ağrılı təcrübəni açıqlamaqla qadınları əməliyyatın təhlükələri barədə xəbərdarlıq edib. O, bu barədə “The U.S. Sun” nəşrinə müsahibə verib.
“Gənc idim və döşlərim mükəmməl idi. Ölçüsü B və C arasında idi, bundan razı idim. Amma bilirdim ki, məndə genetik qüsur var, sinəmin sağ tərəfi içəri batırdı. Bacımda da eyni problem var. Sanki kimsə sinəmə təpik vurmuş kimi görünürdü. Bu deformasiyaya görə, silikon implantlar hələ bazara çıxmamışdan əvvəl ondan istifadə etmək üçün mənə xüsusi icazə verildi. Hər kəsin döş əməliyyatı keçirdiyi Los-Ancelesdə bunun normal olduğunu düşündüm”, - Karri deyib.
2006-cı ildə cərrahiyyə əməliyyatı üçün 15.000 dollar ödədikdən sonra bədənim implantları dərhal rədd etdi. Ciddi sinir zədəsi aldım. Sinə əzələlərim kəsildiyi və qabırğamdan ayrıldığı üçün qollarımı ağrısız qaldıra bilmirəm”, - Karri etiraf edib.