Media
Media

Həbib Nurməhəmmədovun 79 milyonluq əmlakına həbs!

Həbib Nurməhəmmədovun 79 milyonluq əmlakına həbs!

Rus qarışıq döyüş sənəti döyüşçüsü, yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədovun 79 milyon rubl dəyərində əmlakına məhkəmə icraçıları tərəfindən həbs qoyulub.

OLAY yazır ki, bununla bağlı “Mash” teleqram kanalı məlumat yayıb.

Əvvəllər, məğlub olmayan idmançının Federal Vergi Xidmətinə 302 milyon rubl borcu var. 

Ehtimallara görə, Həbibin Dağıstandakı ailə evi və 6 avtomobildən ibarət böyük avtoparkı ələ keçirilib – “Ferrari California T” - 300 min dollar, “Mercedes-Benz AMG GT S” - 161 min dollar, “Mercedes-Benz S-Class” - 122 min dollar, “BMW” 7-ci seriya - 101 min dollar, “Toyota Land Cruiser” - 85 min dollar, “Toyota Tacoma” - 44 min dollar.

Rəşad Əliyev