Media
Media

Türkiyə Maskın təklifini rədd etdi

Türkiyə Maskın təklifini rədd etdi

Dəhşətli zəlzələdən əziyyət çəkən Türkiyə İlon Maskın genişzolaqlı peyk xidməti göndərmək təklifini rədd edib.

OLAY yazır ki, bu barədə Mask tvitter hesabından məlumat paylaşıb.

O, şirkətlərindən biri olan “SpaceX”in Türkiyə hökuməti tərəfindən təsdiqlənən kimi “Starlink” şəbəkəsini təmin edə biləcəyini bildirib.

Türkiyə isə bu təklifi təşəkkür edərək geri çevirib. “Türksat” tutumunun kafi olduğu qeyd edilib.