Milli Konservatoriyanın sabiq rektoru Siyavuş Kərimi müğənni Almaxanım Əhmədlinin iddialarına cavab verib.

OLAY yazır ki, məsələ ilə bağlı azxebercom-un suallarını cavablayan Kərimi iddiaları cəfəngiyat adlandırıb.

Siyavuş Kərimi “Almaxanımın bütün iddiaları cəfəngiyatdır. Mənim daha vacib işlərim var. Məni belə məsələlərə görə narahat etməyin” deyərək dəstəyi asıb.

Xatırladaq ki, Baku TV-nin “Aktual Gündəm” verilişində qonaq olan müğənni Almaxanım Əhmədli Siyavuş Kərimi haqda “Opera da, Milli Konservatoriya da mədəniyyət sahəsidir. Siyavuş Kərimi özü də bir Xalq artisti olmasına baxmayaraq, o gün müsahibəsində bildirib ki, fəxri adlar pulla verilib. Axı sən özün də yerləri pulla satırdın. Respublika muğam müsabiqəsində və beynəlxalq müsabiqədəki qaliblərin yerlərini. Bu, iddia deyil, mənim orada ərizəm var. Məni məcbur etdilər ki, qazandığım 5 mini könüllü fonduna keçirim”- deyə iddialar səsləndirmişdi.