Ötən gün koronavirusdan vəfat edən müğənni Səyyad Əlizadənin dəfn oluncağı yer müəyyənləşib.

OLAY yazır ki, bu barədə Əməkdar artist Yusif Mustafayev sosial şəbəkədə məlumat verib. 

O bildirib ki, mərhum sənətçi bu gün doğulduğu Füzuli rayonunun Babı kəndində torpağa tapşırılacaq.

Qeyd edək ki, S.Əlizadə sentyabrın 13-də Zığdakı modul tipli xəstəxanaya yerləşdirilmişdi. O, bir neçə gün əvvəl Mərkəzi Gömrük hospitalına köçürülmüşdü. Vəziyyəti ağır olan müğənninin ciyərinin 80 faizi buzlaşmışdı. Həkimlər onu suni komada saxlayırdı.