Xalq artisti Alim Qasımov bu gün vəfat edən Xalq artisti Rasim Balayevlə bağlı paylaşım edib.
OLAY yazır ki, o, instaqramda mərhumun videosunu paylaşaraq bunları yazıb:
“Əziz Rasim Balayev... Sən təkcə böyük sənətkar deyil, həm də sadiq dost, dəyərli insan idin. Sənin yoxluğun dostların üçün sözlə ifadə olunmayan bir boşluqdur. Ruhun şad, məkanın cənnət olsun. Allah sənə rəhmət eləsin”.