Rusiya Xalq Artisti Anatoli Loboçki 67 yaşında vəfat edib.
OLAY yazır ki, “Molojojka” serialındakı obrazı ilə tanınan aktyorun ölüm xəbəri ailəsi tərəfindən TASS agentliyinə təsdiqlənib.
Aktyor həyatı boyu sağlamlıq mövzusunu ictimaiyyətlə paylaşmaqdan imtina edib, lakin son illərdə ağciyər xərçəngi ilə mübarizə aparıdı.
2024-cü ilin əvvəlində ona periferik xərçəng diaqnozu qoyulmuş və ağciyərinin bir hissəsi çıxarılmışdı. Lakin xəstəlik digər orqanlara da yayılmışdı. 20 oktyabrda Mash Teleqram kanalının yaydığı məlumata görə, 66 yaşlı aktyor sinəsindəki ağrılarla əlaqədar xəstəxanaya müraciət etmişdi və müalicə altında idi.