Azərbaycan Respublikasının Kino Agentliyində (ARKA) fəaliyyət göstərən Seçim Komissiyasının üzvlərinə pul veriləcək.

OLAY İqtisadiyyat.az-a istinadən yazır ki, bununla bağlı müvafiq qərar qəbul olunub.

Belə ki, sözügedən məvacib komissiya üzvlərinə 2025-ci il üzrə dövlət sifarişi ilə istehsal ediləcək film layihələri müsabiqəsində layihələrin qiymətləndirilməsinə görə veriləcək.

Məlumata görə, aşağıdakı kinoşünasların hər birinə 4000 manat məbləğində məvacib ödəniləcək:

1. Quliyev Elçin Musa oğlu,

2. Salayev Ayaz Ramiz oğlu,

3. Məmmədova Şəfiqə Haşımovna,

4. Məmmədov Nəriman Kamileviç,

5. Məmmədov Hikmət Baba oğlu,

6. Məmmədov Vüsal Fəxrəddin oğlu.