Mədəniyyət Nazirliyi tərəfindən “İlin ən fəal gənci” adına layiq görülən, TÜRKSOY-un xüsusi mükafat laureatı Lalə Aslanur “Qarabağ Mədəniyyət Xəritəsi” festivalında çıxışı ilə diqqət çəkib.
OLAY yazır ki, “Hər rayonun öz səsi” proqramı çərçivəsində baş tutan tədbirdə sənətçi xüsusi “Qarabağ” rəqs proqramını təqdim edib.
Tarixi İçərişəhərin Qoşa Qala Meydanında keçirilən festival yüzlərlə yerli və xarici turistin marağına səbəb olub. Lalə Aslanurun enerjili və emosional səhnə performansı tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb.
Tədbirin sonunda sənətçi təşkilatçılara təşəkkür edib, daha sonra pərəstişkarları ilə xatirə şəkilləri çəkdirərək səmimi söhbətlər aparıb.