Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən həyata keçirilən və yerli kino sənayesində müsabiqənin qiymətləndirmə mərhələsi başa çatıb.
OLAY yazır ki, Bədii Keyfiyyətə Nəzarət Komissiyasının rəylərinə əsasən, müsabiqəyə təqdim olunan 38 layihədən 19 film layihəsi qalib adını qazanıb.
Milli kinematoqrafiyamızın inkişafı, müstəqil prodüser mərkəzləri arasında sağlam rəqabət mühitinin yaradılması və birgə film istehsalı imkanlarının genişləndirilməsi məqsədilə keçirilən müsabiqədə dəstək alacaq 19 layihənin növlər üzrə statistikası belədir:
Qalib filmlərin kateqoriyaları:
Tammetrajlı bədii – 3 film
Qısametrajlı bədii – 3 film
Tammetrajlı bədii-sənədli – 1 film
Qısametrajlı bədii-sənədli – 1 film
Tammetrajlı sənədli – 4 film
Qısametrajlı sənədli – 2 film
Qısametrajlı animasiya – 2 film
Qısametrajlı süni intellekt – 3 film
Qalib gələn bütün kino şirkətlərini və yaradıcı heyətləri təbrik edir, layihələrini uğurla tamamlayıb ekranlara daşımalarında müvəffəqiyyətlər arzulayırıq!