Əməkdar artist yadigar Muradovun səhhətində problem yaranıb və o, xəstəxanada müalicə alır.

OLAY axsam.az-a istinadən yazır ki, Mərkəzi Klinik Xəstəxananın reanimasiya şəbəsində müalicə alan aktyor bir neçə gün əvvəl Milli Onkologiya Mərkəzinə köçürülüb. Bu haqda onun oğlu Yaşar Muradov bildirib.

O qedy edib ki, atasının boğazındakı şişlər nəfəs almasına mane olur:

"Həkimlər deyir ki, beyinə gedən arterial böyük damar təzyiq altındadır. Buna görə də beyində qan sızmaları yaranıb. Həkimlər deyir ki, bu halda əməliyyat da oluna bilməz".

Qeyd edək ki, Yadigar Muradov bir neçə ildir xərçəng xəstəliyindən əziyyət çəkir. İki dəfə əməliyyat keçirən Yadigar Muradovun səhhəti qəfildən pisləşib. Həkimlər müayinə zamanı onun qanına infeksiya keçdiyini müəyyən edib.