İNSTİNK teatrı Qurban Səidin ölməz şah əsəri “Əli və Nino” ilə ilk dəfə Nizami Kino Mərkəzində tamaşaçı qarşısına çıxır.
OLAY yazır ki, 1914-cü ilin Bakısı. Neftin zənginləşdirdiyi, müharibələrin və imperiyaların parçaladığı şəhərdə müsəlman azərbaycanlı Əli xan Şirvanşirlə gürcü xristian Nino Kipianinin sevgisi başlayır. Onların münasibəti Şərqlə Qərbin, adət-ənənə ilə azadlığın və sevgi ilə müharibənin toqquşmasına çevrilir.
Baş prodüser Rəvan Hüseynzadə, rəssam və quruluşçu rejissor Abdulla Elşadlıdır. Biletləri İticket.az saytından və şəhərin bütün kassalarından əldə etmək olar.
İndiyə qədər “İnstinkt” teatrının səhnəsində dünya və yerli dramaturgiyanın tanınmış nümunələri Ş. Xeyrulla”Arqon”, F.Dostoyevski”Cinayət və cəza”, A. Çexov “Kontrakt”,
E. Zeynallı(Qaraqan)”Mələk” , F. Kafka “Çevrilmə” tamaşaya qoyulub.