İstanbul Dövlət Opera və Baletinin (İDOB) sənətçisi Emrah Erdem Gedik Bahçelievlerdəki evinin balkonundan yıxılaraq həyatını itirib.

OLAY yazır ki, Merkez məhəlləsində yerləşən yaşayış kompleksinin 13 mərtəbəli binasının 5-ci mərtəbəsində yaşayan Gedik dünən axşam saatlarında evinin balkonundan yıxılıb. Hadisə ilə bağlı daxil olan məlumat əsasında əraziyə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.

Ağır xəsarət alan Gedik tibbi briqadanın ilkin müdaxiləsindən sonra xəstəxanaya çatdırılsa da, həkimlərin bütün səylərinə baxmayaraq xilas etmək mümkün olmayıb.

Araşdırma aparılması üçün Ədli Tibb Qurumunun morquna aparılan Gedikin cənazəsi ekspertizadan sonra yaxınlarına təhvil verilib.