İncəsənət
İncəsənət

“Son sözü o oldu ki, uşaqlara bozbaş bişir” - Video

“Son sözü o oldu ki, uşaqlara bozbaş bişir” - Video

“Anam həmişə Honkonqa gəlirdi. Daha sonra koronavirusa görə, gələ bilmirdi. Biz bir ay yaxşı vaxt keçirdik. Sentyabrın 26-da Bakıya qayıtmalı idi. Səhər 10-da halı pisləşdi. Anam 10 günə vəfat etdi”. 

OLAY yazır ki, bu sözləri Ruhəngiz Qasımovanın qızı Canana Süleymanlı deyib. O, anası ilə vida mərasimində KİV qarşısına çıxaraq anasının son sözlərini dilə gətirib:

“Son sözü o oldu ki, uşaqlar üçün bozbaş bişirməyi yaddan çıxartma! Cavab verdim ki, özün gəlib bişirərsən”. 

C. Süleymanlı anasının səhhəti barədə danışıb: “Həkim dedi ki, problem böyrəklərindədir.  Böyrəklərinə görə də ürəyi dayandı. Amma biz belə qərara gəldik ki, anam atamın ölümündən sonra yaşamaq istəmədi. Anam istəsəydi, yaşaya bilərdi”. 

Mərhum sənətkarın qızı bildirib ki, tarixdə bir ilk yaşanıb:

“Tarixdə ilk dəfədir ki, Honkonqdan Azərbaycana kimsə dəfn olunmağa gətirilir. Çox çətin oldu, amma düzəldi. Heç kim inanmırdı. İki günə bütün sənədlər düzəlib Bakıya gətirildi”.

Samirə Ərəblinskaya