Azərbaycanın görkəmli memarları Mikayıl Hüseynov və Sadıq Dadaşovun xatirələrinin əbədiləşdirilməsi məqsədilə birgə abidəsi qoyulacaq.
OLAY yazır ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Bakıda Mikayıl Hüseynovun və Sadıq Dadaşovun vahid kompozisiya şəklində birgə abidəsi ucaldılacaq.
Həmçinin, Sərəncamda Bakı Şəhər İcra Hakimiyyətinin Mədəniyyət Nazirliyi ilə birlikdə abidənin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etməsi, Nazirlər Kabinetinin isə bu Sərəncamdan irəli gələn məsələləri həll etməsi qeyd edilib.