İncəsənət
İncəsənət

Eldar Mansurovun 70 illiyi keçirildi

Eldar Mansurovun 70 illiyi keçirildi

Mədəniyyət Nazirliyinin, Azərbaycan Dövlət Akademik Filarmoniyasının və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə ötən gün Heydər Əliyev Sarayında Xalq artisti Eldar Mansurovun 70 illik yubiley konserti keçirilib.

OLAY yazır ki, tədbirdə Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor, Xalq artisti Cavanşir Cəfərov), Azərbaycan Dövlət Rəqs Ansamblı (bədii rəhbər, Xalq artisti Rüfət Xəlilzadə), Xalq artistləri Mübariz Tağıyev, Flora Kərimova, Cavan Zeynallı, Brilyant Dadaşova, Əməkdar artistlər və digər solistlərin iştirakı ilə bəstəkarın bir-birindən maraqlı musiqi nömrələri izləyicilərə təqdim olunub.

Sonda çıxış edən yubilyar, gecənin təşkilində dəstəyinə görə Mədəniyyət Nazirliyinə öz təşəkkürünü bildirib.

Konsertdə dövlət rəsmiləri, qonaqlar iştirak ediblər.