Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair və dramaturq Hüseyn Cavidin 140 illiyi qeyd ediləcək.
OLAY yazır ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamda Mədəniyyət Nazirliyinin Milli Elmlər Akademiyası ilə birlikdə Hüseyn Cavidin 140 illiyinə dair tədbirlər planını hazırlayıb həyata keçirməsi, həmçinin, Nazirlər Kabinetinin bu Sərəncamdan irəli gələn məsələləri həll etməsi qeyd olunub.