İncəsənət
İncəsənət

Beynəlxalq Kitab Sərgisinə sayılı günlər qaldı

Beynəlxalq Kitab Sərgisinə sayılı günlər qaldı

5-9 oktyabr 2022-ci il tarixində Bakı Ekspo Mərkəzində 8-ci Bakı Beynəlxalq Kitab Sərgisi keçiriləcək.

OLAY yazır ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat paylaşıb.

Sərgidə Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar, məşhur xarici yazıçılar və aktyorlar iştirak edəcək.

Eyni zamanda sərgi çərçivəsində uşaqlar və böyüklər üçün master klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək.

8-ci Bakı Beynəlxalq Kitab Sərgisinin “fəxri yazarları” isə Xalq şairi Ramiz Rövşən və tanınmış şair Aqşin Yenisey olacaq.