İncəsənət
İncəsənət

Şair infarkt keçirdi

Şair infarkt keçirdi

“Qızıl qələm” mükafatı laureatı, Yazıçılar Birliyinin üzvü, şair-publisist Qılman İman infarkt keçirib.

OLAY yazır ki, bu barədə o, özü sosial şəbəkə hesabında məlumat paylaşıb.

“Bu dəfə Allah məni anama, övladlarıma bağışladı. Bir sıfır infarktın xeyrinə. Ürəyin qədrini bilin”, - deyə, şair paylaşımında qeyd edib.

Xatırladaq ki, 36 yaşlı Q. İman 2000-ci ildən mətbuat səhifələrində şeir və publisistik yazıları ilə çıxış edir.