Dünyanın məşhur onlayn xəritə platforması olan “Google maps” xəritələrində işğaldan azad olunmuş ərazilərimiz üzərində xüsusi iş aparılıb və uğurlu nəticələr əldə olunub.
OLAY yazır ki, hazırda isə İnnovativ təşəbbüslərə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə xüsusi qrup Şuşa şəhərində olan yer, məhəllə, tarixi, mədəni və dini abidələrin adlarının erməni dilindən dəyişdirilməsi, onların tarixi əhəmiyyəti barədə məlumatlar onlayn xəritə platformalarında yerləşdirilməsi üçün iş aparır.
İndiyə kimi işğaldan azad edilmiş ərazilərimizdə 118 ad erməni dilindən azərbaycan, ingilis, rus və türk dillərinə dəyişdirilmişdir. Dünyanın istənilən yerindən bu adların yoxlanışı üçün “Google Maps”a daxil ola bilərsiniz.