İncəsənət
İncəsənət

Bakıda caz konserti olacaq

Bakıda caz konserti olacaq

Sentyabrın 7-də Beynəlxalq Muğam Mərkəzində Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə həsr olunmuş caz konserti təqdim olunacaq.

OLAY yazır ki, konsert proqramında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndiriləcək.

Həmçinin sentyabrın 8-də Beynəlxalq Muğam Mərkəzində məşhur yapon ifaçısı Yamamoto Kyoko “Dostluq ili” adlı konsert proqramı ilə çıxış edəcək.

Qeyd edək ki, məşhur caz ifaçısı olan Yamamoto Kyoko Yaponiya ilə Azərbaycan arasındakı dostluq münasibətlərinin inkişafına töhfələr verib.