Şuşa Dövlət Musiqili Dram Teatrı 73 ildən sonra ilk dəfə Şuşada tamaşa nümayiş etdirib.
OLAY yazır ki, teatr bu gün şəhərin Tut bağı adlanan ərazisində M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşasını səhnəyə qoyub. Tamaşa açıqhavada nümayiş olunub.
Tədbir Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutub.