Prezident İlham Əliyev Xalq artisti Firəngiz Əlizadə ilə bağlı sərəncam imzalayıb.
OLAY yazır ki, sərəncamda qeyd edilib:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Firəngiz Əliağa qızı Əlizadə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin”.