İncəsənət
İncəsənət

Əməkdar incəsənət xadimi vəfat etdi

Əməkdar incəsənət xadimi vəfat etdi

Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının 90 yaşlı üzvü Musa Bağırov vəfat edib.

OLAY yazır ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.

Qeyd edilib ki, Musa Ağabəy oğlu Bağırov 10 may 1932-ci ildə Bakıda anadan olub. 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kino və televiziya” kafedrasının müdiri təyin edilib. 1997-ci ildə həmin kafedra əsasında “Televiziya rejissoru” və “Kinorejissorluq və operator sənəti” kafedraları yaranıb. “Televiziya rejissoru” kafedrasına professor Musa Bağırov rəhbərlik edib. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru idi.