Bakıda daha bir nəfər dəm qazından ölüb.

OLAY yazır ki, dünən saat 20 radələrində 1993-cü il təvəllüdlü Bədəl Hüseynağa oğlu Əzimov yaşadığı Binə qəsəbəsindəki fərdi yaşayış evində dəm qazından zəhərlənərək vəfat edib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

Oxu.az-ın məlumatına görə, B.Əzimov musiqiçi imiş. O, saz ifaçısı kimi tanınırmış.