İncəsənət
İncəsənət

IX “Muğam” Televiziya Müsabiqəsi keçirildi

IX “Muğam” Televiziya Müsabiqəsi keçirildi

Heydər Əliyev Fondu, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC və Mədəniyyət Nazirliyinin birgə fəaliyyəti ilə təşkil olunan IX “Muğam” Televiziya Müsabiqəsinin ilk efiri yayımlanıb. 

OLAY yazır ki, Şəhid Xudayar Yusifzadənin xatirəsinə “Xudayar təsnifi” adlandırılan “Vətən yaxşıdır” mahnısı ilə açılışı edilən müsabiqədə 20 gənc və 10 uşaq iştirak edir. Yarışmanın münsiflər heyətində Xalq artistləri Arif Babayev, Səkinə İsmayılova, Mələkxanım Eyubova, Sərdar Fərəcov, Mənsum İbrahimov, Nəzakət Teymurova, Vamiq Məmmədəliyev və Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi yer alıb. 

Qeyd edək ki, Müsabiqə hər həftənin II və IV günləri AzTV və Mədəniyyət TV-də canlı yayımlanacaq.