Azərbaycan Dövlət Uşaq Filarmoniyasına yeni direktor təyinatı olub.
OLAY yazır ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə bu vəzifəyə pianoçu, beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə təyin edilib.
Qeyd edək ki, S.Tağızadə uşaq və yeniyetmələrin mədəni inkişafı ilə bağlı sənət layihələrinin təşkilatçısıdır. Müəllifi və rəhbəri olduğu ənənəvi “Simurq” musiqi festivalı Azərbaycanın gənc, istedadlı musiqiçilərini önə çıxarmaq və dəstək olmaq, eləcə də onlara ifaçılıq sənətində peşəkar bilik və bacarıqlar öyrətmək məqsədi daşıyan diqqətəlayiq layihələrdəndir.