İncəsənət
İncəsənət

Nazir Bakıda vətəndaş qəbulu keçirdi

Nazir Bakıda vətəndaş qəbulu keçirdi

Mədəniyyət naziri tərəfindən Bakıda növbəti vətəndaş qəbulu keçirilib

OLAY yazır ki, aprelin 9-da Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən bir qrup vətəndaşın müraciətləri dinlənilib. 

Mədəniyyət Nazirliyində keçirilən və nazirliyin məsul əməkdaşlarının iştirak etdiyi qəbulda vətəndaşların müraciətləri, əsasən, işlə təmin olunma, əməyin qiymətləndirilməsi, yaradıcılıqla bağlı layihəyə dəstək verilməsi və digər məsələlərlə bağlı olub.

Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlər araşdırılması və qanunvericiliyə uyğun tədbir görülməsi məqsədilə qeydiyyata alınıb. Bir sıra məsələlərlə bağlı nazirliyin müvafiq struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.