Ukrayna Prezidenti Volodimir Zelenski kabinetinin arxasındakı istirahət otağına yanan Kreml və batmaqda olan Rusiya hərbi gəmisi təsvir edilən rəsmlər asıb.
OLAY yazır ki, bu haqda “Time” nəşrinin jurnalisti Saymon Şuster məlumat verib.
Şuster bildirib ki, Zelenskinin seçdiyi bu rəsmlərin dəyəri ən çox bir neçə yüz dollar olsa da, dövlət başçısı üçün əsas əhəmiyyətli olan onlarda təsvir olunan mənzərələrdir.
“Onların hər biri qələbə haqqındadır. Mən elə bu otaqda yaşayıram” - deyə, Zelenski nəşrin jurnalistlərinə vurğulayıb.