Aktrisa, rejissor-pedaqoq Nəzakət Qazıyeva vəfat edib.
OLAY yazır ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elmi Şurasının üzvü, professor N.Qazıyeva 86 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, N.Qazıyeva uzun illər pedaqoq kimi fəaliyyət göstərib, bir neçə film və tamaşada aktrisa kimi yer alıb.
O, mərhum rejissor, “Şöhrət” ordenli Arif Qazıyevin həyat yoldaşı idi.