İncəsənət
İncəsənət

Aktyorun vəziyyəti kritikdir

Aktyorun vəziyyəti kritikdir

Süni tənəffüs dəstəyi ilə təmin olunan Möylə Mirzəliyevin vəziyyəti kritik ağır olaraq dəyərləndirilir.

OLAY yazır ki, bu barədə APA-ya TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyev bir müddət əvvəl boyun fəqərələrində spinal stenoz diaqnozu ilə özəl tibb müəssisəsində transpedikulyar fiksasiya (implant) əməliyyatı olunub. Əməliyyat sonrası xəstədə yuxarı və aşağı ətrafların iflici qeydə alındığından uzun müddət özəl tibb müəssisəsinin Reanimasiya və intensiv terapiya şöbəsində müalicə alıb.

Bir neçə gün öncə Yeni Klinikada stasionar müalicəyə cəlb olunan xəstə ağırlaşma səbəbilə Reanimasiya şöbəsinə köçürülüb. Hazırda müalicəsi davam etdirilir.