İncəsənət
İncəsənət

“Rəsul Rzanın ev-muzeyini deputat pensiyamla özüm təmir etdirirəm”

“Rəsul Rzanın ev-muzeyini  deputat pensiyamla özüm təmir etdirirəm”

“Rəsul Rzanın ev-muzeyində hazırda təmir işləri gedir”.

Bunu OLAY yazır ki, APA-ya açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Xalq yazıçısı Anar deyib.

O bildirib ki, təmir işləri ailəsinin hesabına həyata keçirilir: “Bir də mənim deputat pensiyam var, onun hesabına atamın ev-muzeyini təmir etdirirəm”.

Xalq yazıçısı Rəsul Rzanın ev-muzeyi yaradılması məsələsinə laqeyd yanaşılmasından şikayətlənib: “Mən bu məsələlərə qarışmaq istəmirəm, danışacam sonra hərə bir yerdən danışacaq. Ona görə də heç bir şey demək istəmirəm. Özü də bu laqeydlik təkcə Rəsul Rzanın ev-muzeyi ilə bağlı deyil. Cəfər Cabbarlının da ev-muzeyi hazırda yox kimidir, halbuki bir neçə il əvvəl yubileyi idi”.

AYB sədri onu da vurğulayıb ki, “Dədə Qorqud” dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi prosesi də yarımçıq qalıb.

“Mən artıq 10 ilə yaxındır ssenarini yazıb təqdim etmişəm, qəbul olunub, lakin filmi çəkmək fikirləri yoxdur”, - Anar əlavə edib.

Qeyd edək ki, Prezident İlham Əliyev 2013-cü ildə “Dədə Qorqud” dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi, 2022-ci ildə isə Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb.