İncəsənət
İncəsənət

Nazir İtaliyada Nizaminin heykəlini ziyarət etdi

Nazir İtaliyada Nizaminin heykəlini ziyarət etdi

İtaliyaya səfəri çərçivəsində Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və mədəniyyət və incəsənət nümayəndələri Romadakı məşhur “Villa Borghese” parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət ediblər.

OLAY yazır ki, Azərbaycan nümayəndə heyəti abidənin önünə gül dəstələri düzüb.

Qeyd edək ki, bu abidə “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 dekabr tarixli Sərəncamına əsasən ucaldılıb. Həmin Sərəncama əsasən Nizami Gəncəvinin yubileyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə 2012-ci ilin aprelində abidənin açılışı olub. Abidənin müəllifləri Xalq rəssamları Salxab Məmmədov və Əli İbadullayevdir.