Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dubayda keçirilən "Expo-2020" sərgisində Azərbaycan pavilyonunu ziyarət edib.
OLAY yazır ki, ziyarətdən sonra Ərdoğan bunları söyləyib
“Azərbaycan pavilyonunda olduqca gözəl hazırlıq görülüb. Hələ Fərqanə və atasının (Xalq artisti Alim Qasımov və qızı Əməkdar artist Fərqanə Qasımova - red.) təqdimatı bizi çox duyğulandırdı. “Sarı gəlin”lə işi taclandırdılar. Qardaş can Azərbaycanın buradakı gözəl işləri bizim üçün də fəxrdir. Allah yar və yardımçıları olsun”.
Qeyd edək ki, bu barədə məlumatı Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva yayıb.