İncəsənət
İncəsənət

Xalq rəssamı vəfat etdi

Xalq rəssamı vəfat etdi

Xalq rəssamı Rafiq Nəsirov vəfat edib.

OLAY Trend-ə istinadən yazır ki, o, 78 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Rafiq Əliş oğlu Nəsirov 1969-cu ildən C. Cabbarlı adına Azərbaycan kinostudiyasında memar vəzifəsində çalışıb, 1980-ci ildən isə dekorativ qurğular söbəsinə rəhbərlik edib və həmin ildən də quruluşçu rəssam kimi fəaliyyət göstərib.

O, “Bəxt üzüyü”, “Həm ziyarət, həm ticarət”, “Biz qayıdacağıq” kimi filmlərdə rəssam, “Fəryad” filmində isə dekor rəssamı kimi çalışıb.