İncəsənət
İncəsənət

“Varsansa, niyə yoxsan” kitabı çap olunub

“Varsansa, niyə yoxsan” kitabı çap olunub

PR və strateji kommunikasiyalar üzrə ekspert, “INPRESS PR Solutions” şirkətinin yaradıcısı və Baş direktoru Anar Əsgərovun “Varsansa, niyə yoxsan” adlı kitabı işıq üzü görüb.

OLAY yazır ki, kitabda şəxsi brendləşmə və reputasiya mövzuları əhatə edilib.

“Kitabı şəxsi brend yaratmaq və özünü düzgün təqdim etmək istəyən insanlar üçün yazmışam. Kitab, xüsusilə sahibkarlar, kiçik və orta biznes sahibləri, peşəkarlar, karyeralarında yüksəlmək istəyənlər üçün nəzərdə tutulub. Auditoriyam, öz dəyərini başqalarına düzgün çatdırmaq, həm real həyatda, həm də rəqəmsal mühitdə uğur qazanmaq istəyən şəxslərdir”, - deyə, A. Əsgərov bildirib.