Üç gün öncə 78 yaşını qeyd edən Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadənin səhhətində problem yaranıb.
OLAY yazır ki, bu barədə Pravda.az-a R.Rəsulzadə özü məlumat verib.
“Bir az nasazam, indi xəstəxanadayam, həkimi gözləyirəm. Hazırda danışmaq imkanım yoxdur...”, - o deyib.
Xatırlatma: Rais Rəsulzadə sentyabr ayında insult keçirmişdi. Qeyd edək ki, o, Azərbaycanın tanınmış rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2002-ci ildən etibarən Əməkdar rəssam, 2022-ci ildən isə Prezidentin fərdi təqaüdçüsüdür.