Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Əməkdar artist Gülüstan Əliyevanın "Təşəkkür" adlı solo konserti baş tutub.
OLAY yazır ki, Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri (bədii rəhbər və baş dirijor Xalq artisti Rafael Bayramov) və "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblının (bədii rəhbər Sahil Quliyev) müşayiəti ilə sevilən müğənni Azərbaycan xalq mahnısı "Küsmə gəl", Cavanşir Quliyevin "Bura vətəndir", Polad Bülbüloğlunun "Bayatılar", Oqtay Kazıminin "Toy olsun, bayram olsun", Arif Babayevin "Ay mənim məhəbbətim", Ələkbər Tağıyevin "Neylərəm", Elza İbrahimovanın "Gəl barışaq", "Sən yadıma düşəndə", Emin Sabitoğlunun "Gəncədən gəlirəm", Siyavuş Kəriminin "Ömrümün istəyi" mahnılarını ifa edib.
Gəncədə ilk dəfə baş tutan konsert proqramı izdihamla keçib.