İncəsənət
İncəsənət

Əhsən Dadaşovun 100 illiyi ilə bağlı müsabiqə keçirilir

Əhsən Dadaşovun 100 illiyi ilə bağlı müsabiqə keçirilir

Azərbaycan SSR-in Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Əhsən Dadaşovun 100 illik yubileyinə həsr olunmuş müsabiqə elan edilib.

OLAY yazır ki, müsabiqə Azərbaycan Mətbuat Şurası, “ƏHSƏN” Yaradıcılıq Təşəbbüsləri Mərkəzi və Xəzər Media Mərkəzi tərəfindən media subyektlərinin təmsilçiləri arasında keçirilir.

Müsabiqəyə mahir tarzən Əhsən Dadaşovun yaradıcılığı ilə bağlı yazılar qəbul edilir.

I. Müsabiqə üzrə istiqamətləndirici mövzular

Müsabiqə üzrə istiqamətləndirici mövzular aşağıdakılardır:

• Əhsən Dadaşovun mahir tarzən kimi sənətkarlığı;

• Əhsən Dadaşovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblının musiqi mədəniyyəti tariximizdəki rolu;

• Əhsən Dadaşov ifaçılığının ən qiymətli cəhətləri;

• Əhsən Dadaşov yaradıcılığı XX əsr musiqi mədəniyyəti tariximizin ən parlaq səhifələrindən biri kimi;

• Əhsən Dadaşov mahir ifaçı, ansambl rəhbəri, istedadlı müşayiətçi, bəstəkar və pedaqoq kimi;

• Əhsən Dadaşovun milli musiqimizin təbliğində xidmətləri;

• Onun ifası ilk mizrabından tanınırdı;

• Bəstəkar qəlbli Əhsən Dadaşovun bəstələdiyi rəng, mahnı və rəqs havaları.

Qeyd 1. İstiqamətləndirici mövzuların hər biriniə ayrılıqda da, bir yazı daxilində də yanaşılması mümkündür.

II. Mükafatlandırma

I yer - 1 nəfər - 1000 manat

II yer - 2 nəfər - 800 manat

III yer - 3 nəfər - 500 manat

Həvəsləndirici mükafat - 5 nəfər (hər biri) - 300 manat

III. Müsabiqə üzrə qiymətləndirmə

Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək:

• Mövzunu dolğun əhatə etmə səviyyəsi;

• Faktların düzgün təqdimatı, onlardan istifadə xüsusiyyətləri və araşdırmanın keyfiyyəti;

• İfadə vasitələrinin zənginliyi, bədii-publisistik məzmun;

• Oxucu üçün informasiyalılıq dərəcəsinə.

IV. Müsabiqə yazıları üçün şərtlər

Müsabiqəyə 3 oktyabr 2024-cü il tarixindən 1 noyabr 2024-cü il tarixinədək qəzet, jurnal və informasiya agentliklərində, xəbər saytlarında yayımlanacaq yazılar buraxılacaq.